Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər