Bakıda mebel sexində yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

19:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Digər xəbərlər

Kürdəmirdə ev yanıb 28 yanvar, 2026 / 20:19
Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38