Bakı. 4 fevral. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda Lada markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:45-də başa çatıb.