Bakıda maşın 3 piyadanı vurub, biri ölüb

Bakının Binəqədi rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, sürücü Elyar Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə DİN Baş Dövlət Yol Polisi İdarəsinin "Ekologiya postu" yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub.

Xəsarəti nisbətən yüngül olan iki yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olan 1992-ci təvəllüdlü digər yaralı Çobanov Rüfət Mehman oğlu Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47