Bakıda marşrut avtobusu zəncirvari qəza törədib, sürücü ölüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakıda marşrut avtobusu qəza törədib.   

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47