Bakı. 30 mart. REPORT.AZ/ Bakıda marketdən çörək almağa gedən qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində mağazadan çörək almaq üçün yolu keçən 1961-ci il təvəllüdlü Quliyeva Minayə Qasım qızını avtomobil vurub. M.Quliyeva ağır xəsarət alıb və huşunu itirib. Minik avtomobilinin sürücüsü yaralı qadını xəstəxanaya yerləşdirib.
Faktla bağlı araşdırma aparılır.