Bakıda marketdən çıxan ahıl qadını maşın vurub

Bakı. 21 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsində 1954-cü il təvəllüdlü Ağayeva Şəhriyar Məhərrəm qızını "Ayxan" marketdən çıxarkən minik avtomobili vurub.

Qadın sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57
Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51