Bakıda makleri avtomobil vuraraq öldürüb

Bakı. 25 may. REPORT.AZ/ Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, Azərbaycan prospektində, yol kənarında dayanan 1965-ci il təvəllüdlü Həsən Vəliyevi minik avtomobili vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, H.Vəliyev hadisə yerinə yaxın ərazidə ev alqı-satqısı ofisində dəllal işləyirmiş.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27