Bakıda mağazadan 11 min manatlıq oğurluq edildi

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki mağazaların birindən 11 450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.SultanovR.Ağarəşidov saxlanılıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41