Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki mağazaların birindən 1 200 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıb.