Bakıda mağazadan, lombarddan və avtomobillərdən pul oğurlayan şəxs saxlanılıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda 1 mağazadan, 1 lombarddan və 2 avtomobildən pul oğurlayan şəxs tutulub.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilinən Cavid Hacıyevin ətrafında Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral-avqust ayları ərzində rayon ərazisində 1 mağazadan, 1 lombarddan və 2 avtomobildən pul, sənəd və məişət əşyaları, habelə vətəndaşa məxsus velosiped oğurlaması müəyyən edilib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14