Bakıda mağazadan 8000 manatlıq parfümeriya məhsulları oğurlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda mağazadan 8000 manatlıq parfümeriya məhsulları oğurlanıb. 

"Report"a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 9-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 8000 manat dəyərində parfümeriya məhsulları oğurlamaqda şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Digər xəbərlər