Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda mağazadan 4000 manatlıq əntiq əşyalar oğurlayan şəxs tutulub.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nəsimi rayon Polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Ramin Cəbrayılov saxlanılıb.