Bakıda mağazadan 3000 manatlıq mobil telefon oğurlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda mağazadan 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlanıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Nəsimi rayon Polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56