Bakıda mağazadan 1273 manat oğurlanıb

Bakı. 25 may. REPORT.AZ/ Bakının Xətai rayonunda mağazaların birindən 1273 manat oğurlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə mayın 14-də rayon ərazisindəki mağazaların birindən 1273 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şahmurad Xudaverdiyev saxlanılıb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48