Bakıda mağazada qadının telefonunu oğurlayan şəxs tutulub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakının Tolstoy küçəsində yerləşən mağazada şəhər sakini Aysel Gəraybəyliyə məxsus mobil telefon masanın üzərindən gizli şəraitdə oğurlanıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal Dadaşov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48