Bakıda mağaza və evlərdən oğurluq edilib

Bakıda oğurluq edən şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi (RPİ) 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul və 1300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Yusifov saxlanılıb.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 8 evdən su qızdırıcısı, elektrik naqilləri, təmir-tikinti alətləri, bir qarajdan 1300 manat dəyərində təmir alətləri və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılıb.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30