Bakıda "London taksisi" motosikletlə toqquşub

Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

"Report" xəbər verir ki, Rəşid Behbudov küçəsində "TX4" markalı ("London taksisi") avtomobillə motosikletin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsinin 1998-ci il təvəllüdlü sürücüsü Saleh İsgəndərov xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47