​Bakıda lisey binasında yanğın olub

Bakı. 22 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Yasamal rayonunda dördmərtəbəli taxta konstruksiyadan ibarət lisey binasında yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə binanın 3-cü mərtəbəsində sinif otağının yanar konstruksiyaları, tavanı və 4-cü mərtəbədə yerləşən sinif otağının döşəməsi yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17