​Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Paytaxtın Nizami rayonu ərazisində liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Nizami rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər xüsusi alətlər vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45