Bakıda liftdə 6 nəfər köməksiz vəziyyətdə qalıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 6 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər liftin qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 21:33-də başa çatıb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29