Bakıda çimərlikdə kütləvi dava baş verib

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda kütləvi dava baş verib. "Report"un məlumatına görə, hadisə gecə saatlarında Salyan şossesinin 8-ci kilometrliyində, Şıxov çimərliyində olub. 

Belə ki, 1984-cü il təvəllüdlü Məhəmməd Pənahov, 1977-ci il təvəllüdlü Harun Kazımov və 1992-ci il təvəllüdlü Etibar İsmayılov bir qrup şəxs tərəfindən döyülüb. Səbail RPİ 8-ci PB-ya müraciət edən hər 3 şəxs tanışları olan Salamat İsmayılov və onunla birgə olan 6-7 şəxsin hücumuna məruz qaldıqlarını bildiriblər. 

Müraciət əsasında araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36