Bakıda küçədən odlu silah və qılınc tapılıb

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda küçədən silah tapılıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən M.F.Axundov küçəsindən istifadəyə yararsız olan “Naqan” tipli tapança, ov tüfəngi, 5 ədəd patron və 2 ədəd qılınc tapılıb.

Polis faktla bağlı araşdırma aparır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26