Bakıda köşkdən 1 500 manatlıq oğurluq edildi

Bakıda köşkdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki köşklərin birindən 1 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Hüseynov saxlanılıb.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48