Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 6 mart. REPORT.AZ/ Bakının Xətai rayonunda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 03:34-də başa çatıb.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56