Bakıda kişini avtomobil vuraraq ağır xəsarət yetirib

Bakı. 1 mart. REPORT.AZ/ Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Qəsəbədə piyadalar üçün müəyyən edilməmiş yerdə yolu keçən 1985-ci il təvəllüdlü Əzizov Eldəniz İmaməli oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13