Bakıda kişi onunla mübahisə edən həyat yoldaşını döyüb

Bakı. 7 iyun. REPORT.AZ/ Bakıda qadın əri tərəfin döyülərək ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Zivərbəy Əhmədbəyov küçəsində 1996-ci il təvəllüdlü Qafarova Afaq Kamil qızı əri ilə mübahisə edib.

Nəticədə o, əri tərəfindən döyülərək ağır xəsarət alıb.

A.Qafarova xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47