Bakıda kişi keçmiş arvadını qətlə yetirib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda kişi keçmiş arvadını öldürüb.

“Report”un xəbərinə görə, Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

İ.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41