Bakıda 40 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib.
"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Badamdar qəsəbəsində 1980-ci il təvəllüdlü Qasımov Elbrus Qasım oğlu bıçaqla özünə xəsarət yetirərək, intihara cəhd edib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.