Bakıda kişi bıçaqlanıb, qadın şübhəli bilinir

Bakıda kişi bıçaqlanıb, qadın şübhəli bilinir.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü, məhkum olunmuş Gülnarə Allahverdiyeva ilə 1988-ci il təvəllüdlü Amil Əşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman o, bıçaqla kişinin bədəninə xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47