Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb

Bakıda 35 yaşlı kişi bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bıçaqlanıb. Ona mübahisə zəminində bacısı oğlu (ad və soyad dəqiqləşdirilir-red) tərəfindən bıçaq xəsarəti yetirildiyi bildirilir.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Y.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər