Bakıda kirayənişin ev sahibinə xəsarət yetirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda kirayənişin ev sahibinə xəsarət yetirib.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı PB və Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayənişin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yahyayev saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45