Bakıda "Kia" və "Niva" markalı minik avtomobilləri toqquşub - FOTO

Bakı. 3 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olan "Niva" markalı minik maşını sağa dönmə əməliyyatı edərkən, köməkçi yoldan çıxan "Kia" markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən "Niva" səkidəki ağaca dəyib. Sürücü yüngül xəsarət alıb.

Faktla bağlı əraziyə Nizami rayon Yol və Post patrul xidmətlərinin əməkdaşları cəlb olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47