Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq metamfetamin götürülüb

Bakıda keçmiş məhkumda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcəbədi rayon sakini, 1990-cı il təvəllüdlü N.Tağıyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1.630 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47