Bakıda keçmiş məhkum quldurluğa cəhd edib

Bakıda keçmiş məhkum quldurluğa cəhd edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də saat 20 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov olması müəyyən edilib.

T.İsmayılov araşdırma aparılması üçün Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə təhvil verilib.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48