Bakıda keçmiş məhkum qadının telefonunu oğurlayıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 26-da paytaxtın Səbail rayon ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü V.Əhmədovanın işlədiyi ünvanda onun mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşına müraciət edib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.