Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1966-ci il təvəllüdlü Cabbarov Azər Firuddin oğlu bıçaqlanaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, ilkin dindirilmə zamanı bildirib ki, guya paytaxtın mərkəzindən keçən Nizami küçəsində ərəb turistlər tərəfindən bıçaqlanıb.

Lakin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, A.Cabbarov Balaxanı qəsəbəsində tanışı tərəfindən bıçaqlanıb.

Hadisənin dəqiq kim tərəfindən törədildiyi araşdırılır.

A.Cabbarov əvvəllər məhkumluq həyatı yaşayıb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05