Bakıda keçmiş kürəkən qayınatasını bıçaqladı

Bakıda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Cəfərov İlqar Xanhüseyn oğlu keçmiş kürəkəni tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48