Bakıda "KamAZ" piyadanı vuraraq öldürüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Sabunçu rayonunda yük avtomobili 41 yaşlı kişini vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Maştağa-Bilgəh yolu ilə hərəkət edən "KamAZ" markalı yük avtomobili yolu keçmək istəyən Əliyev Habil Əlibala oğlunu vurub. Ağır xəsarət alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. H.Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54