Bakıda kafeyə silahlı basqın olub

Bakıda kafeyə silahlı basqın olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.

Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29