Bakıda kafedə keçmiş məhkum qadını döyüb

Bakıda kafedə 31 yaşlı qadın döyülüb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.

Belə ki, gecə saat 3 radələrində naməlum şəxs Bakı şəhər şəhər sakini, 1988-ci il təvəllüdlü K.Qasımovanı xuliqanlıq zəminində döyüb.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan rayon sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.Xələfov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47