Bakıda kafedə bıçaqlanma hadisəsi olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən "Ordubad" kafesində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Urxan Ceyhun dava zamanı bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər