Bakıda itkin düşmüş kişi tapılıb

Bakıda itkin düşmüş 58 yaşlı kişi tapılıb.

“Report”un xəbərinə görə, paytaxtın Xətai rayonu, Telnov küçəsində yaşayan 1961-ci il təvəllüdlü N.Eyvazov oktyabrın 5-də gecə saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə müraciət edib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən N.Eyvazov tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45