Bakıda itkin düşmüş 37 yaşlı kişinin meyiti tapılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, araşdırma zamanı onun sentyabrın 10-dan itkin kimi Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən axtarışda olan 1981-ci il təvəllüdlü Ramin Quliyev olması müəyyənləşdirilib.

Onun ölümünün səbəbləri araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47