Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub

Bakıda itkin düşən şəxsin Türkiyəyə getdiyi məlum olub.

“Report”un xəbərinə görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü S.Qarayev noyabrın 16-da evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək S.Qarayevin itkin düşdüyünü bildiriblər.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, S.Qarayev həmin gün Türkiyəyə gedib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47