Bakıda itkin düşən şəxs taplıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə yanvarın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə müraciət daxil olub. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27