Bakıda intihara cəhdin qarşısı alınıb

Bakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54