​Bakıda ikimərtəbəli evdə yanğın baş verib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonunda vətəndaşa məxsus ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində 3 otaq və mətbəx yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48