Bakıda iki şəxsdən narkotik vasitə götürülüb

Bakıda iki şəxsdə külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Muradovdan 178 qram, S.İbrahimovdan isə 235 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39