Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər yaralanıb

Bakıda iki sərnişin avtobusu toqquşub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi “Report”a faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47